Məlumat sızmasının nəticələri fəlakətli ola bilər. Bundan əlavə, Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydası çərçivəsində 20 milyon € və ya dünya üzrə illik dövriyyənin 4 %-i həddinədək cərimələr tətbiq oluna bilər – bu məbləğlərdən hansı daha yüksəkdirsə, o əsas götürülür.
Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydasına hazırlaşmaqda və aşağıdakı üç tədbirlə cərimələnmə riskini minimuma endirməkdə sizə kömək edirik.
Məlumat itkisinin əsas səbəbi ilə mübarizə aparın.
TƏLƏBLƏR | MƏHSUL HƏLLİ | TƏLƏBLƏRƏ UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜSULU |
| Zərərli və fidyə tələb edən proqramların qarşısının alınması | Intercept X + Sophos Endpoint Advanced | Son nöqtə cihazlarınızı ən yeni zərərli və fidyə tələb edən proqramlardan, eləcə də məlum təhdidlərdən qoruyur. Məlumat oğurluğu cəhdlərini təhlil edir və qeydə alır. |
| Sophos Mobile | Mobil cihazlardakı məlumatları qoruyur və itkiyə və oğurluğa qarşı hərtərəfli mühafizə təmin edir. |
Təhdidlərin qarşısını şəbəkə sərhədində alın
TƏLƏBLƏR | MƏHSUL HƏLLİ | TƏLƏBLƏRƏ UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜSULU |
| Məlumat oğurluğuna yönəlmiş hücumların qarşısının elə şəbəkə sərhədində alınması | XG Firewall SG Firewall | Synchronized Security, Endpoint Protection ilə birlikdə təhlükəsizliyi pozulmuş sistemləri avtomatik aşkarlayır və təcrid edir. |
| E-poçtlardakı həssas məlumatların avtomatik şifrələnməsi və ya bloklanması | Secure Email Appliance Gateway SG Firewall | Zərərli e-poçtları avtomatik bloklayır və həssas məlumatlar olan e-poçt qoşmalarını şifrələyir. |
İnsan səhvlərini aradan qaldırın
TƏLƏBLƏR | MƏHSUL HƏLLİ | TƏLƏBLƏRƏ UYĞUNLUĞUN TƏMİN EDİLMƏSİ ÜSULU |
| Saxlanma yerindən asılı olmayaraq ayrı-ayrı faylların qorunması | SafeGuard Encryption | Yeni nəsil fayl şifrələməsi məlumatlarınızı müəssisə şəbəkəsindən kənarda və müəssisəyə məxsus olmayan cihazlarda da qoruyur. |
| Buludda həssas məlumatların qorunması | SafeGuard Encryption | Faylların Dropbox və OneDrive kimi ictimai bulud saxlama xidmətlərinə yüklənməsi və bu xidmətlərdən endirilməsi zamanı avtomatik və fasiləsiz şifrələnməsi və deşifrələnməsi. |
| Məlumatların təsadüfən açıqlanmasının qarşısının alınması | SafeGuard Encryption | Daim aktiv olan Synchronized Encryption bütün faylların həmişə və hər yerdə şifrələnmiş qalmasını təmin edir. |